HƏYATDA NƏ İSTƏDİYİNİ NECƏ ANLAYA BİLƏRSƏN?

  • Ana Səhifə
  • HƏYATDA NƏ İSTƏDİYİNİ NECƏ ANLAYA BİLƏRSƏN?
blog-cover
22.09.2026

HƏYATDA NƏ İSTƏDİYİNİ NECƏ ANLAYA BİLƏRSƏN?

HƏYATDA NƏ İSTƏDİYİNİ NECƏ ANLAYA BİLƏRSƏN?

 Həyatda ən gözəl kəşflərdən biri insanın özünü kəşf etməsidir.Biz çox vaxt başqalarını tanımağa, onların bizi necə gördüyünü düşünməyə və kimin bizə uyğun olduğunu anlamağa çalışırıq. Amma bəzən ən vacib sualı özümüzə verməyi unuduruq:

“Mən özümü həqiqətən tanıyırammı?” Mən nə istəyirəm? Məni nə xoşbəxt edir? Nələr mənə enerji verir? Hansı həyatı yaşamaq istəyirəm?.Özünü tanımaq bütün bu suallara bir gündə cavab tapmaq deyil. Bu, insanın özünü addım-addım kəşf etdiyi gözəl bir səyahətdir.

- ÖZ HİSSLƏRİNİ DİNLƏ

Gündəlik həyatın sürətində bəzən özümüzü eşitmirik. Ona görə gün ərzində dayanıb özündən soruş:“Mən indi nə hiss edirəm?” Əsəbiləşəndə özünü qınamaq əvəzinə düşün: “Məni nə narahat etdi?”.Kədərlənəndə soruş: “Əslində nəyə ehtiyacım var?” Sevinəndə isə düşün: “Məni xoşbəxt edən nə oldu?”.Hisslərini tanıdıqca öz ehtiyaclarını və istəklərini də daha yaxşı anlayacaqsan.

 - DÜŞÜNCƏLƏRİNİ YAZ

Bəzən beynimizdə o qədər fikir olur ki, nə istədiyimizi ayırd etmək çətinləşir. Yazmaq isə düşüncələrimizi daha aydın görməyə kömək edir. Günün sonunda özündən soruş:

 - Bu gün məni nə sevindirdi?

- Nə mənə enerji verdi?

- Hansı hadisə mənə yaxşı təsir etdi?

- Nə etməkdən zövq aldım?

Bir müddət sonra yazdıqlarına baxaraq özün haqqında yeni şeylər kəşf edə bilərsən.

- GÜCLÜ TƏRƏFLƏRİNİ KƏŞF ET

 Özünü tanımaq yalnız çatışmazlıqları görmək deyil. Güclü tərəflərini də tanımaqdır.

Özündən soruş:“Mən nələri yaxşı bacarıram?”,“Hansı xüsusiyyətlərim mənə kömək edir?”,“İndiyə qədər nələrə nail olmuşam?”

Uğurların sənə gücünü, çətinliklərin isə inkişaf edə biləcəyin tərəfləri göstərir.

-YENİ ŞEYLƏR SINA

Bəzən insan başqalarının gözləntilərinə o qədər fokuslanır ki, öz arzularını unudur.Yeni şeylər sınamaqdan qorxma. Kitab oxu, idman et, səyahət et, yeni hobbi seç, kursa qoşul və fərqli insanlarla tanış ol. Bəlkə də hələ kəşf etmədiyin bir istedadın və ya böyük marağın məhz yeni bir təcrübənin içində səni gözləyir.

  - ÖZÜNÜ BAŞQALARI İLƏ MÜQAYİSƏ ETMƏ

Fərqli insanlarla ünsiyyət qurmaq dünyagörüşünü genişləndirir. Başqalarının həyatından ilham ala bilərsən, amma özünü onlarla müqayisə etmə.Hər insanın öz yolu, öz zamanı və öz hekayəsi var. Başqasının uğuru sənin uğursuzluğun deyil. Sənin əsas rəqibin dünənki özünsən.

-SƏHVLƏRDƏN QORXMA

Səhv etmək həyatın normal bir hissəsidir. Hər şeyin ilk dəfədən mükəmməl alınmasına ehtiyac yoxdur.Bir hadisə istədiyin kimi alınmadıqda özündən soruş:“Bu təcrübə mənə nə öyrətdi?”Bəzən səhvlər bizə nəyin bizə uyğun olmadığını göstərərək doğru yolu tapmağa kömək edir.

-ÖZÜNƏ DÜRÜST OL

 Özünü tanımağın ən vacib şərtlərindən biri özünlə səmimi olmaqdır.Nələri sevdiyini, nələri istəmədiyini və hansı istiqamətdə dəyişmək istədiyini qəbul et.Mükəmməl olmağa ehtiyac yoxdur.Sən olduğun halınla dəyərlisən və eyni zamanda hər gün daha yaxşı versiyana çevrilə bilərsən.

-GƏLƏCƏYİNİ TƏSƏVVÜR ET

Özündən soruş:

“5 ildən sonra necə bir insan olmaq istəyirəm?”

“Hansı həyatı yaşamaq istəyirəm?”

“Yanımda hansı insanlar olsun istəyirəm?”

Böyük məqsədlərdən qorxma. Kiçik addımlarla başla. Çünki böyük dəyişikliklər çox vaxt kiçik qərarlarla başlayır.

-TƏLƏSMƏ

Özünü tanımaq bir gündə tamamlanan proses deyil. İnsan zaman keçdikcə dəyişir, böyüyür və özünün yeni tərəflərini kəşf edir. Ona görə özünü başqaları ilə deyil, dünənki özünlə müqayisə et.Özünü tanı. Özünü qəbul et. Özünə inan. Özünü inkişaf etdir.Bəlkə də axtardığın cavablar çox uzaqda deyil. Sadəcə bir az dayanmaq, öz səsini dinləmək və özünə doğru addım atmaq lazımdır.Özünü kəşf etməkdən qorxma. Çünki həyatının ən gözəl səyahəti özünə gedən yoldur. 

Müəllif: Rüstəm Məcidov

Redaktor: Aysel Talıbova