Biz kimik
Ənvər Yavəroğlu
Kouçluq peşəsinin dünyada yaşı çox
olsada Azərbaycanda yeni yaranmaqdadır. Melody Couching və Consultinq olaraq
biz də yenilikləri qəbul edən, hər bir insanın özü ilə arasındakı bağı, işi ilə
arasındakı körpünü, sosial əlaqələrini və ailəsi ilə olan durumunu
sağlamlaşdırmaq naminə müxtəlif xidmətlər göstərəririk. Məqsədimiz şəxsin və ya
korporativin keçmişdə yaşadıqlarını təcrübəyə çevirərək hazırda yaşadığı
durumda əlində olan maddi və mənəvi varlıqlarını dəyərləndirib gələcəyə güclü
şəkildə hazırlanması və hüzurunu, xoşbəxtliyini, inkşafını eyni zamanda bunlar
üçün lazım olan meyarları öz əlində toplamasını təmin etməkdir.
Öz dəyərlərini var etməyi bacaran,
prinsiplərini sağlamlaşdıran, doğru planlar qurub qurduğu planlara sadiq qalan,
hədəflərini və məqsədlərini təyin edən bir insan modeli məkandan və zamandan
asılı olmayaraq daima uğurlu olmaqdadır.
Eləcə də korporativlərin rəqabət
gücünü inkşafda tapması, özünə bilgi və dəyər naminə inkşafa meyilli yatırımlar
etməsi ciddi dəyişimlə nəticələnməsinin ifadəsi olduğunu anladığında fanarlar
yanar və yol daha aydın görsənər.
